RU

Azərbaycan Ermənistan enerji ticarəti bazar reallıqlarını önə çıxarır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının yola salınması ilk növbədə regional iqtisadi münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu addım enerji sektorunun təkcə strateji deyil, eyni zamanda iqtisadi alət kimi istifadə olunduğunu təsdiqləyir”.Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.O deyib ki, Azərbaycan üçün bu, ixrac coğrafiyasının genişlənməsi, neft məhsullarının satışında əlavə bazar və gəlir mənbəyidir:“Proses regionda iqtisadi qarşılıqlı asılılığın formalaşmasına zəmin yaradır ki, bu da uzunmüddətli perspektivdə sabitliyə xidmət edən mühüm faktordur. Ermənistanın enerji təchizatında Azərbaycana yönəlməsi isə bazar reallıqlarının və iqtisadi səmərəliliyin siyasi baryerlərdən üstün olduğunu göstərir. Bu hadisə həm də Azərbaycanın enerji ixracatçısı kimi etibarlı və rasional tərəfdaş imicini gücləndirir. Bu addım regionda nəqliyyat-logistika xərclərinin azalması, ticarət dövriyyəsinin artması və gələcəkdə digər sahələr üzrə əməkdaşlıqlar üçün stimullaşdırıcı rol oynaya bilər”.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
demokrat.az

1Источники