ABŞ-də təyyarə oğurlamaq istəyən şəxs qəza törədib.
Ölkə.Az xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib.
Şübhəli Van Nuys hava limanının icazəsiz hissəsində saxlanılan tək mühərrikli "Cessna C172" təyyarəsini oğurlamağa cəhd edib.
Şübhəlinin qaçırdığı təyyarə uçuş-enmə zolağından belə çıxa bilməyib və anqar divarına çırpılıb.
Polis rəsmiləri qəzada yaxınlıqdakı infrastrukturun zədələndiyini və şübhəlinin saxlanıldığını bildiriblər.
Qəza yerinin görüntülərində anqar divarında böyük bir dəlik görünür.
Billurə

