ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Çin, ABŞ-ın Tayvana genişmiqyaslı silah tədarükü planlarına görə Vaşinqtona rəsmi etirazını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszian Bin məlumat verib.
Qeyd olunub ki, ABŞ dəfələrlə öhdəliklərini pozaraq Tayvanın müstəqilliyinə dəstək göstərib.
Pentaqonun Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyinin məlumatına görə, ABŞ tərəfindən Tayvana satışı təsdiqlənən silah, texnika və hərbi xidmətlərin ümumi dəyəri 11 milyard dollardan çoxdur.
Bu silahlar arasında Javelin sistemləri, ALTIUS-700M və ALTIUS-600 pilotsuz uçuş aparatları, AH-1W SuperCobra vertolyotları üçün ehtiyat hissələri, HIMARS reaktiv yaylım atəş sistemləri, M107A7 özüyeriyən artilleriya qurğuları və TOW tank əleyhinə raket kompleksləri yer alır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.