RU

"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama

"Qarabağ" zədəli futbolçuları ilə bağlı məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, "Sabah"la görşüdə sıradan çıxan Xoni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir. Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyevin həkimlərin rəyinə əsasən müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək. Bir müddətdi zədədən əziyyət çəkən Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Избранный
62
8
football-plus.az

10Источники