RU

Meşədə MÖCÜZƏ: Nadir ağ sığın kameraya DÜŞDÜ – VİDEO

Meşədə nadir ağ sığın görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Leykizm xəstəliyi olan heyvanın dünyada cəmi bir neçə yüz fərdi qalıb.

Məlumata görə, bir kişi meşədə gəzərkən olduqca nadir rast gəlinən ağ sığını (los) videoya çəkməyə müvəffəq olub.

Bildirilir ki, bu kadrlar süni intellekt məhsulu deyil, qarşımızdakı leykizm (leucism – piqmentasiya çatışmazlığı) daşıyıcısı olan həqiqi vəhşi heyvandır.

Belə bir canlı ilə rastlaşmaq olduqca çətin məsələdir. Çünki Kanada, ABŞ və Skandinaviya ölkələrində bu növün cəmi bir neçə yüz fərdi mövcuddur.

 

Xuraman Etibarlı

İnterpress.az

Избранный
89
interpress.az

1Источники