Parlament Norveçin 2026-cı il üçün Ukraynaya 8,2 milyard dollar dəyərində maliyyə yardımı göstərilməsini təsdiqləyib.
Ukrayna Prezidenti Vladimir Zelenski bu qərarın ölkənin Rusiya təcavüzünə qarşı müqavimət imkanlarını gücləndirəcəyini bildirib. O, sosial şəbəkədə yazıb:
“Bugün Norveç Parlamenti Ukraynaya 2026-cı il üçün 8,2 milyard dollar yardım ayırdı. Bunun üçün baş nazir Jonas Garu Stere, parlament və bütün Norveçə təşəkkür edirəm.”
Zelenski bu dəstəyin beynəlxalq həmrəylik və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.
//Samir Qurbanov, Editor.az