RU

İspaniya nəhəngi "İnter"in qapısını döyəcək

İspaniyanın nəhəngi "Barselona"  müdafiə xəttini gücləndirmək üçün İtaliya millisinin və "İnter"in ulduzu Alessandro Bastoni ilə yaxından maraqlanır.

Fanat.Az xəbər verir ki, "Barselona"nın idman direktoru Deku son həftələrdə transfer imkanlarını araşdırmaq və Bastoni ilə bağlı vəziyyəti öyrənmək üçün Milanda olub.

Kataloniya təmsilçisi oyunçunu heyətinə qatmaqda israrlı olsa da, transferin yanvar ayında reallaşması qeyri-mümkün hesab edilir. Bunun əsas səbəbi transfer xərclərinin çox yüksək olmasıdır.

26 yaşlı müdafiəçi hazırda "İnter"də xoşbəxt olduğunu və diqqətini yalnız meydana yönəltdiyini bildirib. "İnter" rəhbərliyi isə 2028-ci ilə qədər müqaviləsi olan ulduz futbolçunu saxlamaq üçün ona yeni və uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.

Kamil Xudiyev

Избранный
83
fanat.az

1Источники