RU

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

“Türk dövlətlərinin dövlət hakimiyyətinin təşkili və konstitusion əsasları” mövzusunda beynəlxalq konfrans çərçivəsində dekabrın 19-da Azərbaycan Respublikası Baş Prokurorluğunda Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə görüş və tanışlıq tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin ədliyyə və prokurorluq sahəsində təlim fəaliyyəti ilə məşğul olan qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov salamlama nitqi ilə çıxış edərək türk dövlətləri arasında tarixi bağlara, ortaq dilə və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın hüquq-mühafizə orqanları və hüquq təhsili sahəsində əhəmiyyətini vurğulayıb. Çıxışda hüququn aliliyinin möhkəmləndirilməsi və müasir çağırışlara uyğun peşəkar kadr hazırlığında institusional əməkdaşlığın rolu qeyd olunub.

Vurğulanıb ki, Türk Ədliyyə Təlim Şəbəkəsi və Türk Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində formalaşan əməkdaşlıq prokurorluq və ədliyyə sahəsində fəaliyyət göstərən tədris və akademik qurumlar arasında sistemli əlaqələrin inkişafına töhfə verir.

Tədbir çərçivəsində fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub, iştirakçılar Azərbaycan Prokurorluğunun Tarixi Muzeyi ilə tanış olublar.

Избранный
51
6
azerbaijan-news.az

7Источники