RU

Suriya İŞİD ə qarşı mübarizəni gücləndirəcəyinə söz verib

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Suriya hakimiyyəti İŞİD terror qruplaşmasına qarşı mübarizəni ölkənin hələ də təhlükə altında olan bütün bölgələrində gücləndirməyə davam edəcək.

"Report"un məlumatına görə, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Suriya terrorçuların hələ də təhdid yaratdığı bütün ərazilərdə İŞİD-ə qarşı hərbi əməliyyatların intensivliyini artırmağa davam edəcək.

XİN hazırkı hakimiyyətin İŞİD-lə mübarizəyə sadiqliyini təsdiqləyib və qrupun tərəfdarlarının Suriya ərazisində sığınacaqlarının saxlanmasının yolverilməz olduğunu bildirib. Nazirlik ABŞ-ni və beynəlxalq koalisiyada iştirak edən ölkələri Suriyanın terrorizmə qarşı mübarizə səylərini dəstəkləməyə, bununla da mülki əhalinin qorunmasına və regionda təhlükəsizlik və sabitliyin bərpasına töhfə verməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
2
sherg.az

3Источники