RU

İtaliya nəhəngi bu mövsüm qol vura bilməyən Füllkruqu heyətinə qatır

"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "çəkicdöyənlər"in "Milan"la apardığı danışıqlar yekunlaşmaq üzrədir. Mənbə Füllkruqun sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə veriləcəyini vurğulayıb. "Milan"ın onu daimi əsasda rənglərinə bağlamaq üçün 14-15 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, bu mövsüm almaniyalı forvard bütün turnirlərdə 9 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Füllkruq ümumilikdə 413 dəqiqə meydanda olub. Onun "Vest Hem"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 

Nihat

Избранный
84
fanat.az

1Источники