Naxçıvanda Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti 5 il olacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malik olacaqlar.