RU

Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

Bakı. Trend:

Xəbər verdiyimi kimi, 19 dekabr 2025-ci il tarixində AzərbaycanRespublikası və Amerika Birləşmiş Ştatları arasında StratejiTərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupununonlayn formatda tam tərkibdə ilk iclası keçirilib.

Trend xəbərverir ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkəhesabında iclas barədə məlumat paylaşılıb.

"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksəkvəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixindəkeçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumununicrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupununilk iclası çərçivəsində bir araya gəldilər.

Bu görüş zamanı biz regional bağlantı və ticarətingücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxilolmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsindəəməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgəfəaliyyətləri müzakirə etdik.

ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq vəCənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçündəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığısəbirsizliklə gözləyir", - deyə səfirliyin məlumatında qeydolunub.

Избранный
66
6
az.trend.az

10Источники