RU

“Təhsil ekspertləri” mifi: Biznes, ictimai nüfuz oyunu və real vəziyyət – Məleykə Abbazsadə gündəmlə bağlı açıqlamalar verib

Bakı. Trend:

Son günlər ciddi müzakirələrə səbəb olan bir məsələ gündəmdədir:Buraxılış imtahanlarında texniki vasitələrlə imtahan prosesinəmüdaxilə cəhdləri və bunun fonunda özünü “təhsil eksperti” kimitəqdim edən şəxsin məsuliyyətə cəlb olunması. Məsələ ilə bağlıDövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Trend-ə geniş müsahibəverib. Müsahibədə baş verənlərin səbəbləri, sistemin təhlükəsizliyivə ictimai münasibətin formalaşmasında rol oynayan amillərətoxunmağa çalışdıq.

Məleykə Abbaszadə bildirib ki, Dövlət İmtahan Mərkəzinin adınınkriminal xronikada səslənməsi arzuolunmaz haldır:

"Təəssüf ki, bizdən asılı olmayan səbəblərdən belə bir hal başverdi. Mən hər dəfə çıxışlarımda qeyd etmişəm ki, sistemintellektual səviyyədə özü-özünü qoruyur. Qurulan sistem vətexnoloji dövrə hər mərhələdə özünü yoxlayır.

Dövlət İmtahan Mərkəzi həmişə təhlükəsizliyi qoruyub və əsasməqsədimiz imtahanların ədalətli təşkili, hamının eyni şəraitdə,eyni vəziyyətdə, eyni suallara cavab verə bilməsidir. Yəni heçkimin süni üstünlüyü olmamalıdır. Bu, eyni zamanda bir mədəniyyətməsələsidir.

Məsələn, dərsdə kimsə kimdənsə köçürəndə, valideynlər vəmüəllimlər bəzən buna barmaqarası yanaşır. Təəssüf ki, biz hələgənclərdə bu mədəniyyəti formalaşdıra bilməmişik. Əgər sən kiməsəköçürmək imkanı yaradırsansa, əslində ona yaxşılıq etmirsən. Bu,saxtakarlıqdır. Eyni zamanda, bəzi insanlarda illüziya yaranır ki,bu yollarla uğur qazanmaq olar".

DİM sədri qeyd edib ki, uşaqlarda imtahan mədəniyyətiformalaşdıra bilmək vacib məsələdir:

"Bu cür hallar baş verəndə düşünürəm: Necə etmək olar ki,gənclərdə düzgün yanaşma formalaşsın, bəzi hərəkətlərinin düzolmadığını dərk etsinlər? Çox zaman valideynlər özləri bu davranışıtəşviq edirlər. Məsələn, imtahan binasının qarşısında uşaqlara“mehriban olun, bir-birinizə kömək edin” deyirlər. Bu, adi hal kimiqəbul edilir. Amma sonra kimsə bir bal çatmadığı üçün qəbulolmayanda hamı bu vəziyyəti ədalətsizlik adlandırır. Bəs buədalətsizliyi kim formalaşdırır? Kim başlayır?

İkinci məsələ təhsillə bağlı məlumatların mediada işıqlandırılmaformatıdır. Biz kütləvi prosesləri idarə edirik – yüz minlərləinsan imtahanlarda iştirak edir. Onların valideynləri, ən yaxınqohumları da nəzərə alınarsa, təsəvvür edin nə qədər insan buməlumatlara həssas yanaşır.

Hər hansı hadisə baş verdikdə, biz real və şəffaf müzakirələrəaçığıq. Bizə edilən heç bir müraciət diqqətdən kənarda qalmır.Onlara vaxtında cavab veririk. Təəssüf ki, bəzən bir problemyaşandıqda insanlar birbaşa bizə müraciət etmək əvəzinə, mediada vəsosial şəbəkələrdə özlərini “təhsil eksperti” kimi təqdim edənşəxslərə üz tuturlar".

Özünü təhsil eksperti adlandıranların çoxu təhsilsahəsində ödənişli xidmət göstərən biznesmenlərdir

Məleykə Abbazsadə "təhsil eksperti" anlayışının mahiyyətini dəizah edib:

"Təhsil ekspertləri, ümumiyyətlə, kimlərdir? Ekspert bu sahədəkonkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildəngedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarındaçalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı,məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malikolmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir.Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslıolar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsilsahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pulluxidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakinbu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydalarıvar – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bugəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsipiar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır.Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tezortaya çıxır.

Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslindəbiznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimitəqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğundeyillər. Əvəzində, insanlara yanlış və populist fikirləraşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox,belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki,kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdəaxtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığınıqəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallarproqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər".

DİM sədrinin sözlərinə görə, özlərini “ekspert” adlandıranlar daməhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bumifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaqasır:

"Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdimedəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığıqəbul edir, amma bəziləri uğursuzluğunu sistemləəlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldəetməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil,məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir,lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuniyollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisikimi təqdim etmək nə etik, nə də mənəvi baxımdanqəbulolunandır".

İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub vəmüvafiq tədbirlər görülüb

Məleykə Abbaszadə bildirib ki, imtahanlarda texniki vasitələrdənistifadə, saxtakarlıq cəhdləri həmişə olur:

"Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə buməsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə dəoxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Bizbunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə dətəşkilatçılar təhsil işçiləri olub. 2004-cü ildə imtahanda 600baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik.Həmin hadisədə təşkilatçı universitet müəllimi idi — dosent, elmidərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cüillərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texnikicihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyəgətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiqorqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardanistifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necəaşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə,bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu,virus–antivirus məsələsinə bənzəyir".

Sədr imtahanlarda texniki vasitələrdən istifadəyə, saxtakarlığacəhd edənlərə önəmli bir mesaj da ötürüb:

"Yeni “virus” fikirləşənlərə onu demək istərdim ki, Dövlətİmtahan Mərkəzi daim onlardan ən azı bir addım öndədir. Mənə eləgəlir ki, son hadisə həmin insanlara peyvənd kimi təsir edəcək.2004-cü ildən sonra uzun müddət heç kim bu cür müdaxilələrə risketmədi. Bir məsələni isə açıq demək istəyirəm: hər bir şəxs imtahanverdikdən və nəticələr yoxlanıldıqdan sonra xüsusi alqoritmlərəsasında aparılan təhlillər bizə abituriyentin nəticəsinin onunpotensialına uyğun olub-olmadığını yoxlamağa tam imkan verir.Şübhəli nəticə olduqda biz onu dərhal elan etmirik. Hamınınnəticəsi açıqlanır, həmin şəxsə isə bildirilir ki, nəticəsiaraşdırılır.

Əgər biz araşdırmanı tam yekunlaşdırdıqdan sonra nəticəni elanetsək, yüz minlərlə insan prosesi gözləməli olar ki, bu da ümumiqayda üzrə gedən işlərə mane olur. Araşdırmalardan sonra elə hallarda olur ki, nəticələr bərpa edilir.

Araşdırmalar zamanı bir məsələyə də xüsusi diqqət yetiririk:söhbət uşaqların öz aralarında bir-birinə kömək etməsindən gedir,yoxsa kütləvi, planlı hallardan?

Təbii ki, bu texniki qurğular barədə bizdə məlumat var vəuşaqlar imtahana daxil olarkən üstləri yoxlanılır. Yeri gəlmişkən,məhz bu yoxlamalarla bağlı bizə xeyli iradlar da bildirilir. “Mənimuşağım qorxdu, üstünü yoxladılar, stresə düşdü” kimi arqumentlərsəsləndirilir. Halbuki biz uşağı yoxlamışıqsa, deməli, şübhəli halolub. Biz, əlbəttə ki, uşaqların stres keçirməsini istəmirik.Məsələn, bir halda uşağın üzərində telefon aşkarlanmışdı. Valideyniddia edirdi ki, uşağın bundan xəbəri yoxdur, telefonu ora özüqoyub. Həmin valideyn jurnalist idi. Uşaq imtahandan xaricedilmişdi. Belə hallar həmişə olur.

İmtahan qaydaları əvvəldən müəyyən edilib və hamı üçün eynidir.Biz imtahanın şəffaflığını qorumaq üçün bu qaydaları yaratmışıq vəxahiş edirik ki, hamı onlara riayət etsin. 2023 və 2024-cü illərdədə bu cür qurğular aşkarlanıb və hüquq-mühafizə orqanlarına təhvilverilib. Həmin qurğuları ölkəyə gətirənlərə və onlardan istifadəedənlərə qarşı tədbirlər görülüb".

Bu abituriyentlərin nəticələri elan olunmayıb və heçbiri heç yerə qəbul olunmayıblar

Məleykə Abbaszadənin sözlərinə görə, hazırda bu məsələnincəmiyyətdə müzakirə mövzusu olmasının əsas səbəbi sözügedənprosesdə "təhsil eksperti" adının hallanmasıdır:

"Əvvəllər ictimaiyyət bu hadisələrə ciddi reaksiya vermirdi.İndi də eyni cür olardı. Sadəcə bu dəfə məsələ ondadır ki, işiniçində özünü “təhsil eksperti” adlandıran bir biznesmen var. Onagörə də məsələ gündəmə gəlib. Bundan əvvəlki məhkəmə işindətəqsirləndirilən şəxslər Gəncədə məşhur bir kursun müəllimləri idi.Onlar 11 nəfərə kömək etməyə cəhd göstərmişdilər. Biz bu prosesinarxasında kimlərin və nələrin dayandığını bilmirdik. Biz sadəcəşübhəli nəticələri təqdim edib işin araşdırılmasını istəmişdik.Yəni nəticələri elan etməyərək, müvafiq orqanlara məlumatvermişdik.

Bu cihazların bəziləri imtahana giriş zamanı aşkarlanıb. Dövlətİmtahan Mərkəzi zərərçəkmiş qismində tanındığı üçün ittiham aktıbizə təqdim olunub, iştirakçıların ifadələri mövcuddur. Bəziuşaqlar görüblər ki, onlardan əvvəl keçən şəxsi saxlayıbayaqqabısını çıxarıblar. Bu səbəbdən həmin uşaq geri qayıdıb,maşında gözləyən atasının yanına gedərək ayaqqabısını dəyişib.Çünki onun da ayaqqabısında həmin texniki vasitə olub. Bütün bunlaraşkarlanıb.

İmtahan zamanı istifadə olunan texniki vasitələr imtahandansonra da aşkar edilib. Biz əvvəlcədən bilirdik ki, hansısa binadabir neçə şəxsin üstündə həmin texniki vasitələr var. İmtahanbitəndən sonra bəzi şəxslər xüsusi otağa dəvət olunublar və onlarizahat da yazıblar.

Elə adamlar da vardı ki, onlar bu texniki vasitələrdən istifadəetsə də, imtahan zamanı biz bunu aşkarlaya bilməmişdik. Ammaonların nəticələri əsasında biz nəticələrin süni olduğunu sübutetmişdik. Sonra bütün bu şəxslərin hamısı haqqında müvafiqorqanlara məlumat vermişik və araşdırma aparılıb.

Alqoritmlər bütün şübhəli vəziyyətləri aşkarlaya bilir. Bizbütün bu vəziyyətlərlə bağlı müvafiq orqanlara məlumat vermişdik.Çünki dərin araşdırma aparmaq bizim səlahiyyətlərimizdə deyil. Bizverdiyimiz adların hamısı təsdiqlənib. Hətta ittiham aktında eləadlar var ki, biz bunları bilməmişik, amma işin gedişatında bunlarda aşkarlanıb. Növbəti məhkəməni izləyə bilərsiniz. Orada ifadələridinləyə bilərsiniz. Birinci məhkəmədə hətta o ayaqqabılarıhazırlayan pinəçi də ifadə verib".

Dövlət İmtahan Mərkəzinin sədri əvvəlki illərdə baş verənhadisələrə diqqət çəkib:

"Xatırlayırsınızsa, təxminən 8-9 il əvvəl kütləvi şəkildəsaxtakarlıq halları yayılmışdı. Bəzi şəxslər guya 500-600 baltopladıqlarına dair saxta arayışlar “sms”lər əldə edirdilər.Təəssüf ki, indi də belə hallara rast gəlinir. Amma ixtisas seçimizamanı bu şəxslər sistemə daxil ola bilmirlər. Çünki sistem onlarınəsl balını göstərir, məsələn, 50 bal və "ixtiyarınız yoxdur"bildirişi çıxır. Bu, sadə bir saxtakarlıq növüdür. Təkcə bir “sms”üzərindən rəqəmlərlə oynayaraq belə saxta nəticələr düzəltməkmümkündür. Uşaq da həmin nəticəni valideyninə göstərir və nəticədəonlar aldadılır.

Biz bütün çıxışlarımızda dəfələrlə vurğulamışıq: Öz şifrlərinizigizli saxlayın, şəxsi kabinetinizin yaradılmasını başqa şəxslərəhəvalə etməyin. Amma yenə də valideynlər bu səhvi edirlər. Birnəfər onlarla şagirdin məlumatlarını toplayır, sonra isə nəticəistənilən kimi olmayanda bu məlumatlardan istifadə edib süniproblem yaradır və vaxt qazanmaq üçün başqa yollara əl atır.

Belə hallardan biri ilə bağlı məsələ ictimailəşdirilmişdi vəşişirdilmişdi. Mən o zaman bildirdim ki, həmin şəxslər gəlsinlər,onları şəxsən qəbul edəcəyəm. Amma bir şərtlə: həmin “təhsileksperti” də gəlsin və görüşdə media nümayəndələri də iştiraketsinlər. Nəticədə onlar görüşə gəlmədilər və sonradan üzristədilər.

Hazırki işlərlə bağlı deyə bilərəm ki, bu abituriyentlərin heçbirinin nəticələri elan olunmayıb və heç biri heç yerə qəbulolunmayıblar. Bundan sonra yenidən imtahanda iştirak etməkistəsələr, hazırlaşıb imtahana girə bilərlər. Amma biz onlarıyoxlayacağıq.

Prosesi təşkil edən şəxslər elə düşünürdülər ki, bu hallar üzəçıxmayacaq. Onlar hesab edirdilər ki, Dövlət İmtahan Mərkəzinin işiçoxdur və bu məsələlərə vaxt ayırmayacaq. Mənim təəccüb etdiyimməqam isə başqa idi: İmtahan keçirilib, hələ ertəsi gün bu şəxslərsəs-küy salmağa başlayırlar — “imtahan çətin olub”, “pis keçib”,“apellyasiyaya verin, ərizələrin doldurulmasında kömək edəcəyik” vəs.

Halbuki hələ protokollar oxunmamışdı, nəticələr elanedilməmişdi. Bu səs-küy nəyə xidmət edirdi? Öz rollarını önəçəkmək, prosesdə özlərini “camaatın müdafiəçisi” kimi göstərməkcəhdləri qara piardan başqa bir şey deyil. Həmin şəxs məhkəməzalında məhkəmənin qapalı keçirilməsini istəyib, “işgüzar nüfuzunazərər vurulacağını” əsas gətirib. Bəs Dövlət İmtahan Mərkəzininictimai nüfuzu necə? Axı siz olmayan şeyləri deyə-deyə bizimictimai nüfuzumuza zərər vurursunuz".

“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələrsadəcə mifdir

Məleykə Abbaszadə “Bunker müəllimləri”, “bizdə suallar var” kimiifadələrin mif olduğunu qeyd edib:

"Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətinicəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Biznesləməşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzininnüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.

Son dövrlərdə kodlaşdırma ilə bağlı da yanlış informasiyalaryayılır. Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır.Hər bir abituriyent topladığı balı bilir, boş yerlərin sayıməlumdur və biz bütün bu məlumatları ictimaiyyətə açıq təqdimedirik. Üstəlik, Bakıda və regionlarda fəaliyyət göstərənAbituriyent Məsləhət Mərkəzlərində mütəxəssislərimizabituriyentlərə pulsuz xidmət göstərirlər. Həmin mütəxəssislərəəvvəlcədən vebinarlar vasitəsilə müsabiqə vəziyyəti izah olunur,mən özüm də ixtisaslar üzrə müqayisəli çıxışlar edirəm".

O vurğulayır ki, buna baxmayaraq, bəzi şəxslər abituriyentlərə“kömək” adı ilə müxtəlif təkliflərlə yaxınlaşır və onların məlumatazlığından istifadə edirlər. Nəticədə isə həmin abituriyentlərkodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda, ittihamları Dövlətİmtahan Mərkəzinə yönəldirlər.

Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunuaçanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahanMərkəzinin fəaliyyəti haqqında fikir bildirir

"Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamandamodel testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim buproqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını,kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir. Biz isəistəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıqşəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahanərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzişəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi,az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti”adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqındafikir bildirir.

Mətbuat xidmətimizdən soruşuram ki, bu problemlərlə bağlı bizərəsmi müraciət olubmu? Cavab aydındır — xeyr. Bəs belə olan haldaniyə əvvəlcə bizə müraciət etmədən kənar şəxslərdən açıqlama almağaçalışılır? Əgər doğrudan da problem varsa, ilk olaraq bizə müraciətedin. Əgər cavabımız sizi qane etməzsə, o zaman başqa tərəflərlə dəfikir mübadiləsi apara bilərsiniz. Özünə hörmət edən mediaqurumları əlbəttə bu cür yanaşmadan çəkinir, bizə müraciət edirlər,lakin bəzi saytlar və televiziya kanalları belə qeyri-rəsmişəxslərin subyektiv fikirləri əsasında xəbər yayırlar ki, bu dacəmiyyətdə çaşqınlıq yaradır", - Məleykə Abbaszadə qeyd edib.

İttiham aktında Kamran Əsədovun adını görəndətəəəcübləndim

Məleykə Abbaszadə istintaq aparılarkən, bu işin arxasındakimlərin dayandığı barədə məlumatlarının olmadığını vurğulayıb:

"Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəməprosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə,sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımihazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktındadırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər vəbu, məni təəccübləndirdi. Çünki cəmi bir həftə əvvəl həmin şəxsrəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi.Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi.Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsiməni təəccübləndirdi.

Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı.Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinintəsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq hallarıaşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinədair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək".

Peşə yönümlü testlər uşaqların gələcəyiniformalaşdıracaq – valideynlər üçün vacib mesaj

DİM-in İdarə Heyətinin sədri psixometrik testlərlə bağlıvalideynlərə çağırış da edib. O qeyd edib ki, bu testlər hər biruşağın psixoloji xüsusiyyətlərini, bilik səviyyəsini və maraqlarınımüəyyənləşdirərək hansı peşənin ona daha uyğun olduğunu göstərən,tam işlək bir alətdir:

"Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğulolmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadəetməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, biliksəviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona dahauyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur. Biz butestləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün hazırlamışıq. Əgərvalideyn uşağı ilə ciddi şəkildə məşğul olmaq istəyirsə, buyurubgələ bilər — ona bütün məlumatlar təqdim olunur. Testin müddətiorta hesabla 3 saatdır və bu test kimisə imtahan edib bal verməkməqsədi daşımır. Psixometrik testlərin əsas məqsədi özünü anlamaq,yeniyetmənin psixoloji vəziyyətini və ona uyğun uğurlu ola biləcəyisahələri müəyyənləşdirməkdir".

Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm vəTəhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik

Məleykə Abbaszadə psixometrik testlərin tətbiqi üçün Elm vəTəhsil Nazirliyi ilə əməkdaşlıq məsələlərindən də danışıb:

“Pulum var, müəllim tutmuşam, bəsdir” düşüncəsi doğru yanaşmadeyil. Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdişəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyiistəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrinisüni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Butestin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədərstatistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ dabizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olantestdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakiningilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə dəqiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub.Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayıazdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər,lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinəəsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlibtestdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərləmüqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etməkmümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həminçərçivədə 2000 nəfər bu testlərdən keçib.

Valideynlər, təəssüf ki, çox vaxt eşitmək istədikləri cavabıalmağa çalışırlar. Biz isə deyirik ki, valideyn ilk növbədə 9-cusinif buraxılış imtahanının nəticələrinə diqqət yetirməli vənövbəti addımları onun əsasında atmalıdır. Amma nəticəni kiməaparsalar, “bu uşağı hara istəsən, mən hazırlaşdıraram” deyilir. Busahədə ciddi boşluq var və yanlış nəticələr də buradan yaranır.

Uşaqda erkən yaşdan məsuliyyət formalaşdırmaq çətindir. Gündəlikdərslərlə məşğul olmaq, yaşına uyğun qərar vermək, analiz etmək,düzgün yanaşma formalaşdırmaq asan deyil. Amma müəllim tutmaqasandır. Halbuki “müəllim tutmaqla” iş bitmir. Bu gün 17 yaşlıgənclərin valideynləri əsasən 80-ci illərdə doğulanlardır. Onlarsovet təhsil sistemində az oxuyub, sonradan təhsillərini milliməktəblərdə davam etdiriblər. Həmin illərdə milli məktəblərin,eləcə də 2000-ci illərin əvvəllərində ali təhsilin vəziyyətiürəkaçan deyildi. Sovet sistemi artıq dağılmışdı, milli təhsilənənələri isə tam formalaşmamışdı. Əvvəllər ailədə hamı — nənə,valideyn və uşaq — eyni dərslikdən istifadə edirdi və valideynlərnəyin nə olduğunu bilirdi. İndi isə sürətli dəyişikliklər gedir.Nəsillər arasında “digital divide” (rəqəmsal ayrılma) var,dərsliklər dəyişir. Valideyn dərsliyə baxıb ona tanış olmayanyanaşma ilə qarşılaşanda çıxış yolunu kənarda axtarır. Halbukiçətin bir şey yoxdur: birinci sinifdən etibarən uşaqla birlikdəpillə-pillə öyrənib bu yolu getmək lazımdır. Mən bu yolu bir dəfəuşaqlarımla, indi isə nəvələrimlə keçmişəm. Başa düşürəm,valideynlərin vaxtı azdır. Amma uşaqları restorana, əyləncəmərkəzinə aparmağa vaxt tapılırsa, bunlara da vaxt ayırmaq olar.Uşaqla məşğul olmaq, onunla danışmaq, öz fikirlərini onun dili iləçatdırmağı bacarmaq lazımdır.

Amma son illərdə valideynlərdə artıq imtahanla bağlı bir qənaətformalaşıb. Artıq hamı bilir ki, oxumayan uşaq universitetə qəbulola bilməyəcək. Bunu ictimai fikrə yeritmək üçün kifayət qədər vaxttələb olundu. Artıq bu aksioma çevrilib. Bu sahədə öz biznesləriniqurub, camaatı başqa yollara çağıran “viruslara” bu hadisələr birnöv, peyvənd kimi təsir edəcək", o, əlavə edib.

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığıvar

Məleykə Abbaszadə buraxılış imtahanlarının mart ayındakeçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibətbildirib. Müəllimlər qeyd edirlər ki, buraxılış imtahanlarını martayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etməkçətinləşir.

“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərininyoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdəmarker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesəqoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləridə sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işləməşğul ola biləcək müəllimlərin bilik və bacarıqları daəhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlartəşkil edirik. İmtahandan keçərək marker olmaq səlahiyyəti əldə edəbilərlər. Müəllimlərin Bakıda, Naxçıvanda yaxud bölgələrdəyaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula vəkifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Ammamüəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildəişləmək lazımdır.

Bizim martda yoxladığımız bilik və bacarıqlar kurrikuluma uyğunolaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir ilərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləritoplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ayərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı eləqurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəbrəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yazabilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq vənəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir;qaydalar mövcuddur və istifadə oluna bilər".

Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılışimtahanlarını martda yox, apreldə keçirilə bilər

"Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlarkurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasiləyaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ iləbağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və ilboyuaparılır. İlboyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbibitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekunqiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birincimərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır. Buimtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdənqiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonrakeçirsək və nəticələrin yoxlanması sentyabrda təqdim edilərsə, aliməktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on minmarker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldəkeçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərəmüraciət edirik: gəlin, kurslara yazılın".

Azərbaycan dili sertifikatı dövlət tərəfindən tanınansertifikat kimi işəgötürənlərə təqdim olunacaq

Məleykə Abbaszadə Azərbaycan dili sertikatları ilə bağlıməsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sertifikatı əldəedən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edəbilər:

"Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikatverilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlaramüraciət edilib. Sertifikatın formatının təsdiqlənməsi, nə vaxttəqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbulolunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir.Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həminşəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığıhalda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədəbildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onuIELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər.Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimiişəgötürənlərə təqdim oluna bilər.

Sınaq variantında imtahandan keçənlərin nəticələri artıqözlərinə təqdim edilib. On milyonluq Azərbaycandan ən azı 20 minnəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxınşəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyənadamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayətetdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olaninsanların imtahanda iştirakı idi".

Regionlarda və işğaldan azad edilmiş ərazilərdə elektronimtahanlar keçirilməsi üçün auditoriyalar yaradılacaq

Dim sədri bildirib ki, gələn il tədrisi digər dillərdə aparılanbölmələrin şagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimiimtahanının elektronlaşdırılması planlaşdırılır:

"Bu il kontingenti 2 mindən çox olmayan bütün imtahanlarelektronlaşdırılıb. Artıq 36 növ imtahan elektron formatdakeçirilir. Bizim binada bu il ərzində təxminən 70 mindən çox şəxsmüxtəlif elektron imtahanlardan keçib.

Gələn il tədrisi digər dillərdə aparılan bölmələrinşagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimi imtahanınınelektronlaşdırılması planlaşdırılır. Ancaq əvvəlcə sınaqimtahanları keçiriləcək və ondan sonra əsas imtahanın özü dəelektron formatda keçiriləcək. Nəticələr yekunlaşdıqdan sonracədvəl formalaşdırılmalıdır. Hamını imtahan üçün Bakıya gətirməkmümkün deyil; buna görə regionlarda elektron imtahanlar təşkiletmək üçün imkanlar yaradılmalıdır.

Elm və Təhsil Nazirliyi ilə aparılan danışıqlar nəticəsində,onların regionlardakı müəyyən mərkəzlərindən elektron imtahanauditoriyası kimi istifadə edilməsi planlaşdırılır. Fevral ayındamagistraturaya qəbul imtahanları keçiriləcək. Ancaq imtahan ənənəviformatda təşkil olunacaq. 2026-cı ildə magistratura üzrə yalnızsınaq imtahanlarını elektronlaşdırmaq nəzərdə tutulur".

Rezidentura imtahanlarının elektron variantıhazırdır

"Rezidentura imtahanlarının elektronlaşdırılması bu il tam hazırolsa da, mürəkkəb cədvəl səbəbindən tərəddüd etdik və bu il onlarıcədvələ daxil edə bilmədik. Lakin növbəti ildən ikinci mərhələ üzrərezidentura imtahanlarını elektron formatda keçirməyiplanlaşdırırıq.

Hazırda imtahan sistemi hazırdır, lakin cədvəl və yer məsələlərimövcuddur. Bizdə elektron imtahanlar korpusunda 750 yer var. Bunagörə də regionlarda olan mərkəzlərdə də elektron imtahanauditoriyalarına ehtiyac var".

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyasıayın sonuna qədər hazır olacaq

"Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulurvə dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmişərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur.Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada daauditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran,Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyalarınqurulması və imtahanların eyni zamanda keçirililməsiplanlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevralaylarında isə digər regionlarda elektron imtahanların keçirilməsiüçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqlatəchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsilmüəssisələrindən də auditoriyalar istifadə ediləcək", o, ılavəedib.

Düşünməyi bacarmayan insanları alqoritmlər idarəedəcək

Məleykə Abbaszadə yazı işlərinin yoxlanılmasında süniintellektdən istifadə məsələlərinə də aydınlıq gətirib:

"Yazı işlərinin ingilis dilində yoxlanılması prosesində süniintellektin nəticələri reallığa 80-90 faiz uyğun olur. Bütündünyada bu belədir. Süni intellekti prosesdə üçüncü ekspert kimiistifadə etmək olar, amma hüquqi nəticə olan imtahanlarda bu faizbizi qane edə bilməz. Biz bəzi işlərimizdə süni intellektdənistifadə edirik. Məsələn, bizim çağrı mərkəzimiz saat altıya qədərfəaliyyət göstərir. Saat altıdan sonra biz çağrı mərkəzinə süniintellekt qoşa bilərik. Bu proqramlar bizdə var. Amma görürük ki,orada səhvlər meydana çıxır. Test rejimində bunu görmüşük. Amma busəhvləri vətəndaşa izah etmək olmaz. Ona görə də, hüquqşünaslardeyirlər ki, hüquqi səviyyədə dəyişikliklər olmalıdır ki, süniintellektin istifadəsi təsdiqlənsin. Müəyyən bir strategiyaformalaşmalıdır. Biz hökümət tərəfindən formalaşdırılmışstrategiyaya əsasən üzərimizə düşəni edirik", o, vurğulayıb.

Избранный
135
8
az.trend.az

10Источники