Bakı. Trend:
Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” BeynəlxalqTeleviziyasının araşdırma seriyasından olan “The Oligarch's Design”sənədli filminin rəsmi nümayişi keçirilib.
Trend xəbərverir ki, təqdimatda Milli Məclisin deputatları, Azərbaycanınteleviziya kanallarının, informasiya agentliklərinin, mediasubyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirakediblər.
“AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru RüfətHəmzəyev sənədli ekran əsəri barədə məlumat verib. Onun sözlərinəgörə, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZInvestigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli filmbeynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündəehtiva edən ekran işidir.
"The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvarayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxınjurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlbolunub.
Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri RubenVardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edibbölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisindəfəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslərAzərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar vəmüsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlərvə jurnalistlərin təhlilləri əsasında təqdim olunur.
Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations”platforması vasitəsilə kanal uzunmüddətli araşdırmajurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslananyanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdənkənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasınıprioritet kimi müəyyənləşdirir.
“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şounçıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib:
“Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. AraşdırmalarBöyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və“Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklarvə “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsilxeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır.Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistandaaparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədənimühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanınhansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsilUkraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslıişğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrinitəhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına vəsiyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır.Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır.Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə vəsiyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlikmühitinə real təsirlərini ortaya qoyur”.
O qeyd edib ki, bütün fəsillər demək olar ki, eyni prinsiplərləhazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələridiktə etmir.
Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filminiizləyiblər.
Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuşnarrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırılabiləcəyini araşdırır.
Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub.Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmışşəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələraparılıb.
Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat),eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır.Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarladolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsitəsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyimateriallar filmin faktoloji əsasının tərkib hissəsini təşkiledir.