RU

ABŞ Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək əzmindədir

AzVision.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda belə deyilir.

“Dünən ABŞ və Azərbaycanın yüksək rütbəli rəsmiləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammitində imzalanmış anlaşma memorandumunun icrasına başlamaq üçün yaradılmış ikitərəfli işçi qrupun ilk iclasını keçirib”,- bəyanatda vurğulanır.

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirilib
Səfirlik bildirib ki, görüş zamanı tərəflər regional əlaqələrin və ticarətin gücləndirilməsi, iqtisadi investisiyaların, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur layihələrinin inkişafı, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımları müzakirə ediblər.

- Birləşmiş Ştatlar Prezident Trampın sülh və firavanlıq baxışını irəli sürmək və Cənubi Qafqazın mühüm iqtisadi potensialını açmaq üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır”,- ABŞ-nin Azərbaycandakı diplomatik missiyası açıqlayıb.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı və Vaşinqton arasında Strateji Tərəfdaşlıq Xartiyasının (CSP) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclasının keçiriləcəyini elan etmişdi.

Onlayn-formatda keçirilən iclasda Azərbaycanın Xarici İşlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi altında ölkəmizin nümayəndə heyəti və ABŞ-nin Dövlət katibinin köməkçisinin müavini Sonata Kulterin rəhbəri olduğu Amerikanın nümayəndə heyəti iştirak ediblər.

Sahil İsgəndərov
AzVision.az
Избранный
35
azvision.az

1Источники