RU

“Fənərbağça” prezidenti ifadə vermək üçün məhkəməyə gəldi Belə qarşılandı VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Fənərbağça"prezidenti Sadettin Saran ifadə vermək üçün məhkəməyə gəlib.

Milli.Az xəbər verir ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində "şübhəli" qismində ifadə verməyə çağırılan Sadettin Saran bu gün məhkəmə binasına gəlib.

İstintaq çərçivəsində bir sıra şəxslər "narkotik maddələrin təmin edilməsi" və "narkotik maddələrin istifadəsinə yardım göstərilməsi" maddələri üzrə ittiham olunurlar. Bu çərçivədə "Fənərbağça"nın prezidenti Sadettin Saran da ifadə vermək üçün prokurorluğa çağırılıb.

Məlumata görə, həmin vaxt xaricdə olan Saran gecə saatlarında şəxsi təyyarə ilə İstanbula qayıdıb. O, Atatürk Hava Limanının Baş Aviasiya Terminalında "Fənərbağça" azarkeşləri tərəfindən qarşılanıb və daha sonra ifadə vermək üçün İstanbul məhkəməsinə yollanıb.

İstanbul Baş Prokurorluğu istintaqla bağlı əlavə açıqlama verməyib.

Fidan

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
1
news.milli.az

2Источники