BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin iştirakı ilə birgə mətbuat konfransı keçirilir.
TurkicWorld-un məlumatına görə, mətbuat konfransında ölkələr arasındakı ikitərəfli münasibətlər, eləcə də beynəlxalq və regional gündəmin aktual məsələləri müzakirə olunur.