RU

41 yaşında A Seriyasına qayıdır

“Milan” sabiq futbolçusu Tiaqo Silvanı transfer edə bilər.

Msport.az xəbər verir ki, 41 yaşlı müdafiəçi yenidən karyerasını Avropa klublarında davam etdirməkdə maraqlıdır.

O, bir neçə gün əvvəl Braziliyanın “Fluminense” klubu ilə olan müqaviləsinə qarşılıqlı şəkildə xitam verib. Futbolçu bu il “Fluminense”nin heyətində 46 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Tiaqo Silva karyerası ərzində “Milan”, PSJ və “Çelsi” kimi klubların şərəfini qoruyub.

Избранный
25
4
msport.az

5Источники