RU

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

 

Pravda.az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

 

Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

 

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

 

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

Tarix: 20 Dekabr 2025, 16:56   
Избранный
47
23
pravda.az

10Источники