Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran xarici işlər naziri Abbas Arakçı və Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər qarşılıqlı anlaşmanı gücləndirmək və maraq doğuran məsələləri müzakirə etmək ehtiyacını vurğulayıblar.
Bildirilib ki, Britaniya tərəfi İranın nüvə proqramı üzrə diplomatik həll yolunun vacibliyini bildirib. O cümlədən İranda saxlanılan Britaniya vətəndaşları Lindzi və Kreyq Formanın məsələsi müzakirə edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.