RU

Hindistanda sərnişin qatarı fillərə çırpıldı: 7 fil tələf oldu

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Assam əyalətində baş verən qəzada sərnişin qatarı raylara çıxan fil sürüsünə çırpılıb.

BAKU.WS xəbər verir ki, hadisə nəticəsində yeddi fil tələf olub, bir fil isə xəsarət alıb. Qəza Hojai bölgəsində qeydə alınıb və toqquşmadan sonra qatarın beş vaqonu relsdən çıxıb.

Polisin məlumatına görə, hadisə fillər üçün xüsusi keçid yolu olmayan ərazidə baş verib. Dəmiryolu şirkəti bildirib ki, maşinist təxminən 100 fildən ibarət sürünü görərək təcili tormozlama tətbiq edib, lakin toqquşmanın qarşısını tam almaq mümkün olmayıb və fillərin bir hissəsi qatara doğru qaçıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
2
baku.ws

3Источники