BAKI, 21 dekabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “RIA Novosti”yə açıqlamasında bildirib.