RU

Bakıda usta işlədiyi evdə oğurladığı dollarların yerinə...SAXTASINI QOYDU

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin 1450 manat və 4300 dollar pulunu oğurlayıb.

 

O, törətdiyi əməli ört-basdır etmək üçün oğurladığı dollarların yerinə eyni  miqdarda saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.

 

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Избранный
30
31
senzor.az

10Источники