RU

Juninyonun yeni klubu açıqlandı - Rəsmi

style='margin-bottom:10px;'>

Braziliyanın "Flamenqo" klubunun hücumçusu Juninyonun "Pumas"a keçidi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə Meksika klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı hücumçu ilə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib. "Globo" nəşri yazıb ki, bu transfer üçün "Flamenqo"ya 5 milyon avro ödəbiləcək.

Xatırladaq ki, "Qarabağ"ın sabiq futbolçusu 2023-cü ilin yayından 2025-ci ilin yanvar ayına qədər Ağdam klubunda çıxış edib. O, bu müddətdə 81 oyunda 42 qol vurub. Braziliyalı forvard “Flamenqo”da özünü doğrulda bilməyib. O, mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.

 

Избранный
58
1
teleqraf.com

2Источники