“Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo yenianlaşmaya imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Meksikanın “Pumas” klubuna transfer olunub.
Braziliyalı forvard artıq paytaxt təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən “Qarabağ”ın heyətində çıxış edib. O, cari ilin əvvəlində Braziliyanın “Flamenqo” klubuna keçmişdi.
İndi isə karyerasını Meksikada davam etdirəcək.