RU

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2025-ci il tarixindəpeşəkar mühasib sertifikatı imtahanının II mərhələsi(qanunvericilik üzrə) keçirilir.

Trend xəbər verirki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumatyayıb.

İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində təşkilolunub.

İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 13 zaladmini, 76 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı (mühafizə)cəlb edilib.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün MaliyyəHesabatlarının Beynəlxalq Standartları üzrə, eləcə də MaliyyəHesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat11:00-da başlayıb və 3 saat davam edib.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarıüzrə I və II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanacaq.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılanvaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanışolmaq imkanına malik olurlar.

Yekun imtahan nəticələrinin yazılı cavab tələb edəntapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elanolunacağı bildirilib.

Избранный
68
25
az.trend.az

10Источники