Ajans.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bu il 3, 13 və 17 avqust tarixlərində gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib. Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədib. Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər. Oğurluq əməli törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqlarını müəyyən edilib.