RU

Tərtərdə itkin düşən 87 yaşlı qadının kanalda batdığı ehtimal edilirVİDEO

Tərtərdə ahıl yaşlı qadın suvarma kanalında batıb.

Xezerxeber.az-ın məlumatına görə, 87 yaşlı Solmaz Fərzəliyeva bir neçə gündür ki, evdən yoxa çıxıb.

Onun kanalda boğulduğu ehtimal edilir. Məlumata görə, o, həyat yoldaşının vəfatından sonra tək qaldığı üçün, Tərtər şəhərində bacısı oğlunun himayəsində yaşayıb.

Bacısı oğlu bildirir ki, qadın 5 gün əvvəl evdən yoxa çıxıb. İtkin düşdüyü gündən onu heç kimin görməməsi və ətrafda olan iaşə obyektlərinin müşahidə kameralarına düşməməsinə görə qadının su kanalına düşməsi ehtimal edilir. Hazırda axtarış işləri davam etdirilir.

Hadisə ilə bağlı polisə də məlumat verilib, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
105
xezerxeber.az

1Источники