RU

Şəkidə canavar sakinlərə hücum edib, xəsarət alanlar varVİDEO

Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın harayına gələn qonşular da yırtıcının hücumuna məruz qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında Şəkinin Bideyiz kəndində baş verib.

Kənd sakini Nazilə Qurbanova azyaşlı övladı ilə qonşuya yas məclisinə gedərkən kəndə soxulmuş canavarın hücumuna məruz qalıblar.

Canavar səs-küyə gələn qonşulara da hücum edib.

Yırtıcı heyvan 27 yaşlı Nazilə Qurbanovaya, 27 yaşlı Fariz Lətifova, 49 yaşlı Sevinc Qurbanovaya, 52 yaşlı Gündüz Lətifova və azyaşlıya xəsarət yetirib. Xəsarət alan 5 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına aprılıb.

Əl-ayaq, baş nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alan şəxslərə ilkin tibbi yardım göstərilib. Hadisə zamanı xəsarət alan uşaq və anasının isə xəstəxanada müalicəsi davam edir. Onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



Избранный
109
4
xezerxeber.az

5Источники