RU

Norveç 5-ci dəfə dünya çempionu oldu

Almaniya ilə Niderlandın şərikli təşkil etdiyi qadın həndbol yığmaları arasında dünya çempionatı bazar günü başa çatdı.

"Football-plus.az" xəbər verir ki, həlledici oyunda Almaniya və Norveç yığmaları qarşılaşdı. 23:20 hesabıyla qələbə qazanan skandinaviyalılar tarixində 5-ci dəfə dünya çempionluğunu bayram etdi. 3-cü yer uğrunda oyunda isə Fransa Niderlanda qalib gəldi.

Xatırladaq ki, son dünya çempionu məhz “xoruzlar ölkəsi”nin yığması idi.

Yarımfinal
Almaniya – Fransa 29:23 (15:12)
Norveç – Niderland 35:25 (18:14)
3-cü yer uğrunda oyun
Fransa – Niderland 33:31 OT (12:11)

Final
Almaniya – Norveç 20:23 (11:11)

Избранный
68
1
football-plus.az

2Источники