Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yozef Kardinal adlı alman 11.000 qar kürəsindən ibarət kolleksiya toplayıb.
"Unikal" xəbər verir ki, bu ona 140.000 dollara başa gəlib.
Almaniyanın Nürnberq şəhərində yaşayan Kardinalın evinə gələn qonaqlar özlərini əsl qış nağılında tapırlar. Burada, rəflər və vitrinlər arasında 11.000 qar kürəsindən ibarət unikal kolleksiya var. Bu qeyri-adi sərgi Yozefə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib.
Bu hobbi 1984-cü ildə Yozef ilk qar kürəsini hədiyyə olaraq aldığı zaman başlayıb. Ümumilikdə o, kolleksiyaya təxminən 140.000 dollar xərcləyib.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.