RU

Şimali Koreya Yaponiyanın mümkün nüvə silahlanmasına qarşı çıxıb

Pxenyan Tokionun niyyətlərini aqressiv siyasətin göstəricisi sayır...

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Yaponiyanın nüvə silahına sahib olmaq ehtimalına kəskin etiraz edib və bu cür cəhdlərin beynəlxalq ictimaiyyət tərəfindən ardıcıl şəkildə qarşısının alınmalı olduğunu bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə KXDR XİN-in Yapon Araşdırmaları İnstitutunun bəyanatında bildirilib, sənədin mətni KCNA agentliyi tərəfindən yayımlanıb.

Bəyanatda qeyd olunur ki, təhlükəsizlik siyasəti ilə bağlı hökumətə tövsiyələr verməli olan yüksək vəzifəli yapon məmurunun bu istiqamətdə səsləndirdiyi fikirlər “dəliyana” xarakter daşıyır və Yaponiyanın siyasi dairələrində nüvə silahına sahib olmaq ideyasının artıq dərin kök saldığını sübut edir. Sənəddə vurğulanır ki, bu cür açıqlamalar Tokionun hərbi və aqressiv mahiyyətini bütün çılpaqlığı ilə nümayiş etdirir.

KXDR tərəfi həmçinin iddia edir ki, Yaponiya İkinci Dünya müharibəsi dövründə gizli şəkildə nüvə silahı üzərində işləməyə başlayıb. Müharibədə məğlubiyyətdən sonra da ölkənin nüvə silahını istənilən vaxt yaratmaq imkanını təmin etmək üçün gizli şəkildə “zəmin formalaşdırdığı” irəli sürülür.

Xatırladılır ki, Yaponiyada nüvə silahına dair “üç qeyri-nüvə prinsipi” 1967-ci ildə parlament səviyyəsində elan edilib. Həmin prinsiplər nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə gətirməmək öhdəliklərini əhatə edir. Lakin 2025-ci ilin noyabrında yeni baş nazir Sanae Takaicinin bu yanaşmalara yenidən baxmaq istədiyi barədə məlumatlar yayılıb. Yaponiya hakimiyyəti isə bu iddiaları təkzib edərək Tokionun üç qeyri-nüvə prinsipinə sadiq qaldığını bəyan edib.

Poliqon.info

Избранный
107
poliqon.info

1Источники