RU

ABŞ-ın bu addımına görə neft BAHALAŞIR

ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası şəraitində neft bahalaşır.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, Karib regionunda gərginliyin yüksəlməsi fonunda dünya neft qiymətləri dekabrın 22-də keçirilən səhər ticarətində artım göstərib.

Bazar iştirakçıları Venesuela neftinin tədarükünün məhdudlaşdırılması ehtimalı səbəbindən xammal təklifinin azalacağından narahatdırlar. Hazırda investorlar logistika zəncirində yarana biləcək fasilələri və Venesueladan ixracın məcburi dayandırılması fonunda dünya bazarında ağır neft növlərinin qıtlaşması riskini qiymətlərə daxil edirlər.

Избранный
103
publika.az

1Источники