RU

Lindsi Qrem Trampı Rusiya nefti daşıyan gəmiləri ələ keçirməyə çağırdı

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Respublikaçı senator Lindsi Qrem hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlardan imtina edərsə, ABŞ prezidenti Donald Tramp Rusiya nefti daşıyan gəmiləri ələ keçirməlidir. O, eyni zamanda Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsinin tərəfdarıdır.

Bizimyol.info xəbər verir ki, Qrem bu fikirləri "NBC News" telekanalına verdiyi müsahibədə səsləndirib.

Senator qeyd edib ki, ABŞ artıq bir müddətdir sanksiya altında olan Venesuela neftini daşıyan gəmiləri ələ keçirir. Onun fikrincə, eyni addım Rusiya neftini daşıyan gəmilərə qarşı da atılmalıdır.

Qrem, həmçinin Ağ Evin rəhbərinin Rusiya neftinin alınmasına tariflərin tətbiqini və ukraynalı uşaqların qaçırılmasına görə Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyini gözlədiyini bildirib.

“Əgər Putin bu dəfə də "yox" desə, ümid edirəm ki, prezident Tramp bunları edəcək: 85 həmmüəllifi olan qanun layihəmi imzalayacaq və Çin kimi ucuz Rusiya nefti alan ölkələrə qarşı tariflər tətbiq edəcək. 20 min ukraynalı uşağın qaçırılmasına görə Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyacaq. Və ən əsası, Venesuela ilə bağlı edildiyi kimi, sanksiya altındakı Rusiya neftini daşıyan gəmiləri müsadirə edəcək”, – deyə Qrem bildirib.

Amerikalı siyasətçi, həmçinin ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsinin və Ukraynanın bu raketlər vasitəsilə Rusiyanın ərazisində raket və dron istehsal edən hərbi zavodlara zərbələr endirməsinin tərəfdarı olduğunu vurğulayıb.

Daha əvvəl Ukrayna mətbuatı xəbər vermişdi ki, Qrem Ukraynada müharibənin başa çatmasını təmin edəcək və Rusiyanın üçüncü dəfə Ukraynaya müdaxilə etməsinin qarşısını alacaq sülh sazişi istədiyini bəyan edib. Senatorun fikrincə, bunun üçün ABŞ Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri verməlidir. Qrem eyni zamanda yeni Rusiya hücumunun qarşısını almaq məqsədilə Avropa qoşunlarının cəlb olunmasını da dəstəkləyir. Onun qənaətincə, ABŞ Rusiyaya təzyiqi artırmayınca, Vladimir Putin aqressiyanı davam etdirəcək.

Bundan başqa, Qremin ABŞ Konqresinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təsdiqləməsinin tərəfdarı olduğu da bildirilirdi. Senator hesab edir ki, Konqres sənədin hazırlanmasına cəlb olunarsa, bu zəmanətlər daha etibarlı olar. Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi sülh sazişi Rusiya ilə Ukrayna arasında müharibəni ləyaqətli və ədalətli şəkildə başa çatdırmaq imkanı yaradır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
93
bizimyol.info

1Источники