RU

Bir xörək qaşığı mayonez:Sağlamlıq üçün təhlükəsiz hədd

Sağlamlıq baxımından gündəlik mayonez istehlakı bir xörək qaşığından artıq olmamalıdır.

Redaktor.az xəbər verir ki, bu haqda biologiya elmləri namizədi Nikolay Xomenets müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, mayonezin gündəlik norması 20-30 qram təşkil edir və bu miqdar onun hansı formada qəbul edilməsindən asılı deyil - istər buterbrotda, istər salatda, istərsə də digər yeməklərə əlavə kimi. Xomenets mayonezi birmənalı şəkildə zərərli məhsul adlandırmayıb və qeyd edib ki, əsas təhlükə onun həddindən artıq istehlakı ilə bağlıdır.

“Mayonezin əsas çatışmazlığı onun yüksək kalorili olması, həmçinin xolesterinin səviyyəsini artıran çoxlu yağ turşuları ehtiva etməsidir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, məhsulun tərkibində natriumun yüksək olması da arterial təzyiqin yüksəlməsi, eləcə də ürək-damar problemləri riskini artıra bilər.

Aytəkin TOFİQQIZI

Избранный
87
1
redaktor.az

2Источники