ain.az bildirir, Oxu.az portalına istinadən.
Danimarkanın poçt xidməti 400 ildən sonra məktubların çatdırılmasını dayandırmaq qərarına gəlib.
Oxu.Az rg.ru-ya istindən xəbər verir ki, qərar rəqəmsallaşmanın artması ilə əlaqədardır.
"PostNord" şirkəti dekabrın 30-da son məktubu çatdıracaq, bununla da əsrlər boyu davam edən bir ənənəyə son qoyacaq.
Şirkətin Danimarkadakı baş direktorunun müavini Kim Pedersenin sözlərinə görə, müasir danimarkalılar rəqəmsal texnologiyalara üstünlük verirlər:
"Məktub yazan insanların sayı çox az qalıb, biz ciddi azalma müşahidə edirik. Bu fəaliyyət sahəsi artıq gəlir gətirmir. Onlayn alış-verişə tələbat artmaqda davam edir, buna görə də şirkət bundan sonra əsas diqqətini bağlamaların çatdırılmasına yönəldəcək".
Danimarka poçt xidməti 1624-cü ildən ölkədə məktubların çatdırılmasına cavabdeh olub. Son 25 il ərzində ölkədə göndərilən məktubların sayı 90 faizdən çox azalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.