BAKI, 22 dekabr. TELEQRAF
Bu gün Xətainin bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün M. Hadi, R. Məmmədov, Cavanşir, X. Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.