Bakı. Trend:
Yeni il möcüzəsi bəzən bir məktubdan, bəzən də bir uşağın səmimiarzusundan başlayır…
Bu duyğularla çıxış edən Bank Respublika “ASAN Məktub” sosialproqramı çərçivəsində uşaq evlərində yaşayan balacaların Şaxtababaya ünvanladıqları məktublara biganə qalmayaraq onların Yeni ilarzularını gerçəkləşdirib və uşaqlara bayram hədiyyələri təqdimedib. Balaca fidanlara hədiyyələr ASAN Məktub” sosial proqramının10 illiyinə həsr olunan tədbirdə təqdim olunub.
Tədbir zamanı uşaqlar üçün əsl bayram ab-havası yaradılıb, Şaxtababa ilə görüş, Bank Respublika tərəfindən hədiyyələrin təqdimedilməsi və səmimi anlar balacaların üzündə təbəssümə, qəlbində isəunudulmaz xatirələrə çevrilib.
Bank Respublika sosial məsuliyyət strategiyasına uyğun olaraqcəmiyyətin həssas qruplarına, xüsusilə də uşaqlara göstəriləndiqqəti öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.Bank sosial layihələr vasitəsilə uşaqların rifahına töhfə verməyi,onların sevincinə şərik olmağı və cəmiyyət üçün davamlı dəyəryaratmağı vacib prioritet kimi müəyyənləşdirib.
Bank Respublika gələcəkdə də sosial yönümlü təşəbbüslərdə fəaliştirak etməyi, ictimai əhəmiyyətli proqramlara dəstək göstərməyivə sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı davametdirəcək.