İspaniya La Liqasının mövsümünün 17-ci turunda “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Real Madrid”də bir təqvim ilində vurduğu qolların rekorduna çatıb.
AzPost bildirir ki, Mbappe 2025-ci ildə “Real Madrid”də 59 qol vurub. Ronaldo bu rekordu 2013-cü ildə qırıb.
Kilian Mbappe sosial mediada Ronaldo ilə çəkdirdiyi uşaqlıq fotosunu paylaşaraq “Xəyallarına inan. Ürəkdən inan!” yazıb.