ain.az, Operativmedia portalına istinadən məlumat yayır.
Nigeriya hakimiyyəti ötən ay ölkənin Niger ştatında yerləşən katolik məktəbindən oğurlanan daha 130 məktəblinin azad edilməsinə nail olub.Operativ Media xəbər verir ki, bu barədə Nigeriya Prezidentinin sözçüsü Sande Dare sosial şəbəkə "X" hesabında məlumat yayıb.Onun sözlərinə görə, hazırda həmin məktəbdən oğurlanan bütün uşaqlar girovluqdan xilas edilib.
“Daha 130 Niger ştatı məktəblisi azad edilib. Girovluqda heç kim qalmayıb”, – deyə prezidentin sözçüsü azad olunan uşaqların fotosu ilə birlikdə paylaşım edib.
Xatırladaq ki, noyabrın sonlarında silahlı şəxslər Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatının Papiri kəndindəki Müqəddəs Mariya adlı katolik internat məktəbinə hücum edərək yüzlərlə şagird və işçini girov götürmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.