RU

“Sabah”ın stadionunda kişilərlə qadınlar eyni tualetə gedir? - klub rəsmisindən açıqlama

“Sabah” - “Qarabağ” oyununda xoşagəlməz halla qarşılaşdım.

Belə ki, fasilədə kişilərlə qadınlar eyni tualetin “xidmətindən yararlandı”. Stadionda qadın azarkeşlər üçün nəzərdə tutulmuş tualet yoxdu? Bu vəziyyətlə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdim:
“Konfrans zalı tərəfdə bir tualet var. İki-üçü də digər tribunalar tərəfdədi. Qapıarxası tribunalara yaxın. Dediyiniz məsələlər olmadıqda avrokubok oyunlarının keçirilməsinə də icazə verilmir. UEFA da stadionda tam təftiş aparıb. Pley-off mərhələsinə qədər oyunları bu stadionda keçirmək olar. Sertifikat veriləndə də ancaq ot örtüyünə və tutuma baxmırlar. Bir neçə məsələ var, bu da ora daxildi.Müəyyən sıxlıq yarana bilər. Bu da azarkeşlərin çoxluğu ilə bağlıdı. Qadınlar üçün ayaqyolu var. Ümumiyyətlə, say kifayət qədərdi. Başqa oyunlarda da belə problemlər olur. Narazılığın olması normaldı, amma standartlara uyğun sayda tualet var”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
63
1
football-plus.az

2Источники