RU

QHT 2026-cı il üçün prioritetlərini açıqladı

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova təşkilatın 2026-cı il üçün prioritetləri və 2025-ci ildə əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşüb.

Arzu Bağırova bildirib ki, 2026-cı il üçün əsas prioritet maarifləndirmə fəaliyyətinin daha dərin və daha əlçatan formada təşkili olacaq. Onun sözlərinə görə, biliklərin regionlarda yaşayan insanlar üçün praktik alətə çevrilməsi təşkilatın əsas hədəflərindəndir:

"Beynəlxalq ədəbi və maarifləndirici əməkdaşlıqların genişləndirilməsi, gənc müəllif və tədqiqatçıların təşəbbüslərinə dəstəyin artırılması qarşıdakı ilin əsas istiqamətlərini təşkil edəcək. Məqsədimiz qısamüddətli layihələr yox, uzunmüddətli ictimai dəyər yaradan təşəbbüslər qurmaqdır. 2025-ci ildə çalışdığımız sahədə ən mühüm yenilik maarifləndirməyə yanaşmanın dəyişməsi oldu. Artıq bilik ötürülməsi bir tərəfli proses kimi deyil, cəmiyyətlə dialoq üzərində qurulan qarşılıqlı mübadilə formasında həyata keçirildi. Ədəbiyyat və mədəniyyət vasitəsilə ictimai şüurun gücləndirilməsi, müxtəlif xalqların və düşüncə məktəblərinin təmsil olunduğu nəşrlərin oxucuya çatdırılması bu sahədə real nəticələr verdi. Nəticə etibarilə, maarifləndirmə daha canlı, daha təsirli və daha davamlı xarakter aldı".

Избранный
49
qht.az

1Источники