RU

Seul Şimali Koreyanı dövlət kimi tanıyacaq?

Cənubi Koreya Birləşmə Nazirliyi, Pxenyanla münasibətlərin bərpası səylərinin bir hissəsi olaraq, Prezident Li Ce Myenə Şimali Koreyanı ayrı bir dövlət kimi tanımaq üçün konstitusiyaya düzəliş etmək təklif edildiyi barədə media xəbərlərini təkzib edib...

Poliqon-nun məlumatına görə, bunu nazirliyin sözçüsü Yun Min-ho bildirib.

Nazirliyin reaksiyası, yerli bir nəşrin ötən cümə günü ölkə prezidenti ilə keçirilən qapalı brifinq zamanı Birləşmə Nazirliyinin Şimali Koreyanı ayrı, müstəqil bir dövlət kimi tanımaq üçün Cənubi Koreya konstitusiyasına düzəliş etmək təklif etdiyini yazmasından sonra gəlib.

"Nazirlik, ölkə prezidenti ilə keçirilən brifinq zamanı Şimali Koreyanı ayrı bir dövlət kimi tanımaq üçün konstitusiyaya düzəliş etmək təklifi verməyib. Biz heç vaxt belə bir addımı düşünməmişik", deyə Yun deyib.

O, Əsas Qanunun yenidən işlənməsi təklifi ilə bağlı media xəbərlərini əsassız və yalan adlandırıb və bəzi media orqanlarının təhrif olunmuş məlumatlar dərc etməsinə icazə verməsindən təəssüfləndiyini bildirib.

Konstitusiya hazırda Şimali Koreyanı bərabərhüquqlu dövlət kimi tanımadan bütün Koreya yarımadasını Cənubi Koreyanın suveren ərazisi kimi müəyyən edir.

Poliqon.info

Избранный
46
poliqon.info

1Источники