RU

Azərbaycanda gələn ildən vergi nəzarətində üfüqi monitorinq mexanizminin tətbiqi nəzərdə tutulur

Bakı. Trend:

Sahibkarlar üçün daha əlverişli biznes mühitininformalaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkədəhəyata keçirilən vergi siyasətinin əsas prioritetlərindəndir.

Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir ki, bu istiqamətdə aparılan islahatlar çərçivəsində2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniştətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralelolaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur.

Bildirilib ki, yeni yanaşma orta və iri vergi ödəyiciləri iləvergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslananəməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bununla davergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunmasıhədəflənir.

Vurğulanıb ki, üfüqi monitorinq modelinin tətbiqi üçün vergiödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması,avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxilinəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bumodel çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergirisklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarətvə hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.

Nəzarət və məsuliyyət mexanizmlərinə gəldikdə, üfüqi monitorinqiştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnızistisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklərəvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək.Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsihallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqinəzərdə tutulur.

“Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlükləryaradacaq. Belə ki, vergi yoxlamalarının sayının azalması inzibatiyükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmivasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək.Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadınmöhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyəintizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsigözlənilir.

Bununla yanaşı, üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlərüzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu iləhesablanması seçiminin verilməsi nəzərdə tutulur.

Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi,vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdəbüdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə dəvergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasirvergi idarəetmə modelinin formalaşması gözlənilir”, - məlumatdaqeyd edilib.

Избранный
87
5
az.trend.az

6Источники