RU

Vaşinqton Qrenlandiya planını işə saldı – Xüsusi elçi təyin olundu

ABŞ administrasiyası Qrenlandiya ilə bağlı diqqətçəkən addım atıb. Luiziana ştatının qubernatoru Ceff Lendri Vaşinqton tərəfindən Qrenlandiya üzrə xüsusi elçi təyin olunub. Onun əsas missiyası Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə inteqrasiyası istiqamətində təşəbbüslər irəli sürmək olacaq.

News365.az-ın məlumatına görə, Ceff Lendri bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Qrenlandiyanın ABŞ-nin tərkib hissəsinə çevrilməsi prosesinə töhfə vermək onun üçün böyük şərəfdir və bu vəzifəni könüllü şəkildə icra edəcək.

Qubernator vurğulayıb ki, yeni təyinat Luiziana ştatının rəhbəri kimi fəaliyyətinə hər hansı maneə yaratmayacaq və o, hər iki vəzifəni paralel şəkildə davam etdirəcək.

News365.az

Избранный
58
news365.az

1Источники