RU

"Bakı Metropoliteni" QSC ötən ili zərərlə yekunlaşdırıb

Bakı.Trend:

"Bakı Metropoliteni" QSC 2024-cü ili fəaliyyətini 139.62 milyonmanat zərər ilə yekunlaşdırıb.

Trend QSC-ninhesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilinmüvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri3 milyard 109.54 milyon manata çatıb.

Hesabatdan bəlli olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşımaxidmətləri və hökumət subsidiyaları hesabına baş verib.Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyalarıisə 50 milyon manat təşkil edib.

Əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki,bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərinartımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrikenerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır.

Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat,öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb.

İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrikenerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərindəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkiledib.

2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb.İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilərarasında "Xətai-Y20" stansiyası, B3 və B4 tunelləri, Dərnəgül vəXocəsəndə yerləşən elektrik depoları, digər infrastrukturobyektləri yer alıb.

Məqalədə:
Избранный
76
5
az.trend.az

9Источники