RU

Vaşinqton ABŞ-nin Qəzzanın bərpasına 60 milyard dollar ayıracağı ilə bağlı xəbəri təkzib etdi

Bakı. Trend:

Rəsmi Vaşinqton Qəzza sektorunun infrastrukturunun bərpasıplanının həyata keçirilməsi üçün federal büdcədən 60 milyard ABŞdolları məbləğində qrantlar və kredit zəmanətləri ayırmağıplanlaşdırmır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X”hesabında paylaşım edilib.

“Bu, saxta xəbərdir. Planda ABŞ-nin 60 milyard dollar ödəyəcəyibarədə heç bir qeyd yoxdur”, – deyə açıqlamada vurğulanır.

Bununla belə, Dövlət Departamenti Qəzzanın bərpasına dair planınmövcudluğunu inkar etmir.

Bundan əvvəl yerli mətbuatda qeyd olunmuşdu ki, ABŞprezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerikaliderinin kürəkəni, sahibkar Cared Kuşner Qəzza sektorununbərpasına dair təklif hazırlayıblar. “Şəfəq Layihəsi” (ProjectSunrise) adlanan bu təşəbbüs “bombalanmış anklavın parlaq birmetropola çevrilməsini” nəzərdə tutur. ABŞ tərəfininqiymətləndirməsinə görə, bunun üçün 10 il vaxt və 112,1 milyard ABŞdolları tələb olunacaq.

Nəşr yazır ki, planda Qəzzanın bərpasını hansı ölkələrin vəşirkətlərin maliyyələşdirəcəyi, həmçinin yenidənqurma dövründə 2milyon fələstinlinin harada yaşayacağı göstərilmir. Eyni zamandamətbuatda qeyd edilirdi ki, Vaşinqton bu layihədə əsas oyunçuolmağa, o cümlədən təxminən 60 milyard dollar məbləğində qrantlarvə kredit zəmanətləri təqdim etməyə hazırdır.

Məqalədə:
Избранный
58
az.trend.az

1Источники