RU

Yaponlar təklif etdiyi məbləğlə “Qarabağ”ın orta sahəsinin liderinin ağlını başından aldı

«Qarabağ»ın yarımmüdafiəçisi Marko Yankoviç yeni transfer təklifi alıb.

Yaponiya klubu onun xidmətində maraqlıdır.

Asiyalılar bugünlərdə monteneqrolu legionerə dəvət göndərib. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təkli olunan müqavilənin 3 ildir.

İrəli sürülən şərtlər isə Yankoviçin ağlını başından alıb. Gündoğar ölkəyə üz tutarsa, illik 800 min avro qazanacaq.

2022-ci ilin yayından «köhlən atlar»ın formasını geyinən Monteneqro yığmasının üzvünün müqaviləsi ötən il yenilənib. O, 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

SPORTİNFO.AZ

Избранный
49
sportinfo.az

1Источники