2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.
Hafta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək.
Nazirlik Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək. Tədbirlər Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.