Missiya Media Qrupunun və “Qardaşlar” mebelin baş sponsorluğu və Zeyd Döyüş Mərkəzinin təşkilatçılğı ilə dekabrın 20-də Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş MMA döyüş növü üzrə peşəkar turnir təşkil olunub. Missiya.Az xəbər verir ki, yarış “Sərhədçi” İdman Kompleksində keçirilib. Tədbirin açılış mərasimində ictimaiyyət nümayəndələri, federasiya prezidentləri, peşəkar idmançılar və rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən ZFC-nin prezidenti Emin Əliyev bildirib ki, ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib. Emin Əliyev idmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib, tədbirin təşkilində göstərilən dəstəyə görə Zeyd Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova, həmçinin MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib. Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar İskəndərov idmanın ölkənin inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Turnirdə 22 idmançı iştirak edib və ümumilikdə 11 döyüş baş tutub. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub, qalib idmançı isə kubok və digər təltifnamələrlə mükafatlandırılıb. Qeyd edək ki, mükafatları Zeyd Döyüş Mərkəzinin təsisçisi, Arpaçay İdman Birliyinin prezidenti, Bakı İdman Sarayının direktoru Əli Əsgərov və idman ictimaiyyətinin digər tanınmış simaları təqdim edib. Seyranə Quliyeva Missiya.Az


- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта